MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ

Tədbirlər
08 yanvar 2022 | 13:01   
Paylaşın:        

KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, yanvar ayının 25-dək  Milli Məclisin 2022-ci il yaz sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanının rəhbərinin adından akkreditasiyadan keçməli olan əməkdaşların adlarını göstərməklə məktublarınızı Milli Məclisin office@meclis.gov.az e-poçtuna göndərməyinizi və ya Parlamentin poçt qutusuna atmağınızı xahiş edirik.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU