QDİƏT PM DAİMİ KOMITƏNİN 40-cı İCLASINDA

Tədbirlər
28 noyabr 2012 | 04:11   
Paylaşın:        

 Noyabrın 26-da Milli Məclisdə  QDİƏT PM Daimi Komitəsinin 40-cı  iclası  keçirildi.  Təşkilatın  vitse-prezidenti Asəf Hacıyev bildirdi  ki, Daimi Komitənin iclasında ötən iclasın protokolunun təsdiq olunması, yeni mandatlara baxılması, Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçi qismində quruma qəbul olunması, həmçinin QDİƏT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı hesabatları müzakirəyə çıxarılacaq.
Asəf Hacıyev qeyd etdi ki, 39-cu Baş Assambleyanın keçirilməsindən ötən dövr ərzində Yunanıstan və Gürcüstanda keçirilən seçkilərdən sonra yeni milli nümayəndəliklər formalaşıb.
İclasda TÜRKPA baş katibi Ramil Həsənovun QDİƏT rəhbərliyinə ünvanladığı məktub oxundu. Müzakirələrdən sonra TÜRKPA quruma müşahidəçi qismində üzv qəbul edilməsi məqbul hesab olundu.
QDİƏT PM Baş Assambleyasının 40-cı iclası noyabrın 27-dən Milli Məclisin plenar zalında öz işinə başlayacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU