Monteneqro parlamentinin sədri Azərbaycana səfərə gəlib

Tədbirlər
16 yanvar 2022 | 22:59   
Paylaşın:        

Yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə  rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Monteneqro parlament sədrinin ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Milli Məclisin sədri Sahibə Qafarova ilə  görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Hava limanında Aleksa Beçiç səfər barədə jurnalistlərin suallarını cavablandırıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU