Monteneqro parlamentinin spikeri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
17 yanvar 2022 | 14:39   
Paylaşın:        

Yanvarın 17-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və tər çiçəklər qoyublar, xatirəsini ehtiramla anıblar.

Milli Məclis sədrinin müavini Adil Əliyevin və Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədovun müşayiət etdiyi qonaqlar həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU