Deputatımız İƏT PA-nın tədbirində iştirak edəcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) işçi qrupunun iclasında iştirak etmək üçün yanvarın 24-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.
Tədbirə Türkiyə və Pakistanın parlamentlərinin nümayəndə heyətləri də qatılacaqlar.
Toplantıda İƏT PA Katibliyinin strukturu, işçi heyətinin nizamnaməsi və səlahiyyətləri, habelə büdcəsi və maliyyələşməsi ilə bağlı sənədlər müzakirə olunacaq. İclas çərçivəsində İƏT PA-nın Üçüncü Ümumi Konfransına hazırlıq məsələləri üzrə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Səfər yanvarın 28-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi