Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Baltikyanı ölkələrdə rəsmi səfərdə olacaq

Sədrin səfərləri
31 yanvar 2022 | 15:58   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti fevralın 1-dən 7-dək Latviya, Litva və Estoniya respublikalarında  rəsmi səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri bu ölkələrin parlament sədrləri, parlamentlərarası dostluq qrupları və digər rəsmi şəxslərlə də bir sıra görüşlər keçirəcək, qarşılıqlı əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU