Şabranda şəhid Fətulla Siracovun xatirəsi anılıb

Tədbirlər
02 fevral 2022 | 12:12   
Paylaşın:        

Şabran rayon Gəndov kəndindən olan şəhidimiz Fətulla Qasım oğlu Siracovun şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Sadiq Qurbanov, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə şəhidimizin məzarı ziyarət edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad olunub. Mərasim iştirakçıları daha sonra şəhidimizin ailəsinə baş çəkiblər. Deputat Sadiq Qurbanov şəhid ailəsinə səbir diləyib, onların qayğıları ilə maraqlanıb.

Əsgər Fətulla Siracov 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edib, qəhrəmanlıqları ilə fərqlənib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Fətulla Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Vətən müharibəsindən sonra hərbi xidmətini Kəlbəcər rayonunda davam etdirən Fətulla Siracov 2021-ci ilin yanvarında xidmət zamanı dünyasını dəyişib. Şəhidimiz doğulduğu Şabran rayonunun Gəndov kəndində dəfn edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU