Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyətinin Litvaya rəsmi səfəri başlayıb

Sədrin səfərləri
03 fevral 2022 | 18:50   
Paylaşın:        

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə  Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU