Deputatımız İsraildə Xocalı soyqırımına həsr olunmuş tədbirlərə qatılacaq

Tədbirlər
18 fevral 2022 | 15:15   
Paylaşın:        

Milli Məclisin deputatı Sevil Mikayılova Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailə səfər edəcək.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU