Deputatımız İstanbula səfər edəcək

Tədbirlər
18 fevral 2022 | 18:38   
Paylaşın:        

Fevralın 19-da Milli Məclisin deputatı Ramin Məmmədov Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Səfərin məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM-in) büdcəsinin auditində iştirak etməkdir.

Səfər fevralın 23-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU