İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Xocalı soyqırımının ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb

Sədrin görüşləri
26 fevral 2022 | 12:42   
Paylaşın:        

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.

Məktubda “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya zidd olan və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş bu qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, “BMT Baş Assambleyasının 9 dekabr 1948-ci ildə qəbul edilmiş 260 saylı Qətnaməsinə əsasən, bu cür hadisələr qətliam kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məktubda Azərbaycan xalqına, hökumətinə, parlamentinə bir daha tam dəstək ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Xocalı soyqırımının ildönümü münasibətilə bir daha dərin hüznlə başsağlığı verib, bütün dünya xalqlarına, xüsusən də Azərbaycan xalqına layiq olduğu sülh və firavanlıq arzularını bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU