Deputatlarımız Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüblər

Tədbirlər
02 mart 2022 | 18:00   
Paylaşın:        

Milli Məclisinin deputatları - Gürcüstanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arzu Nağıyev və qrup üzvləri Əminə Ağazadə, Cavid Osmanov Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşüblər.

Görüşdə iki ölkənin parlament dostluq qrupları arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə danışıblar. Tərəflər ölkələrimiz arasında  səfərlərin yüksək dinamikasına diqqət çəkərək, xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq və dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU