Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ölkəmizə rəsmi səfərə gəlib
Martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ölkəmizə rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Rüstəm Emoməlinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər martın 4-də başa çatacaqdır.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi