Beynəlxalq tədbirlərdə

Tədbirlər
05 mart 2022 | 15:58   
Paylaşın:        

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev martın 8-dən 10-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaq.

Azay Quliyevin  ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi Bosniya və Herseqovinanın  rəsmiləri və bu ölkədə akkreditə olunmuş beynəlxalq qurumların, bir sıra tərəfdaş ölkələrin diplomatik korpusunun təmsilçiləri  ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Bosniya və Herseqovinada, o cümlədən Qərbi Balkanlarda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə ediləcək, müasir çağırışların fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.

 

***

Martın 10-da Milli Məclisin deputatı Azay Quliyev Antalya Diplomatiya Forumunda ATƏT PA-nın təmsilçisi kimi iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Martın 11-dən 13-dək keçiriləcək Forumda deputatımız gündəlikdə olan məsələlərin müzakirəsində iştirak edəcək.

 Səfər martın 14-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU