Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir
Martın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərə gəlib.
Almatı Beynəlxalq Aeroportunda nümayəndə heyətini MDB PA-nın Baş katibi Dmitri Kobitski, Qazaxıstan Parlamentinin deputatları, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin MDB PA-nın Şura iclasında çıxışı və tədbirlərdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
İşgüzar səfər martın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi