MDB PA-nın Səhiyyə üzrə Ekspert Şurasının iclasında
Martın 30-da MDB PA nəzdində Səhiyyə üzrə Ekspert Şurasının onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatı Anatoliy Rafailov iştirak edib.
Tədbir “Tibbi innovasiya texnologiyalarının və dərman təminatının MDB-yə üzv ölkələrdə əhali sağlamlığının idarə olunmasındakı rolu” mövzusuna həsr olunub. Videokonfransda “Tibbi innovasiya texnologiyalarının və dərman təminatının MDB-yə üzv ölkələrdə əhali sağlamlığının idarə olunmasındakı rolu” mövzusunda informativ sessiya keçirilib. Sessiyada cəmiyyətin sağlamlığının təmin edilməsində tibbi innovasiya texnologiyalarından səmərəli istifadə, tibbi innovasiya texnologiyalarının və tibbi preparatların tətbiqinin mənəvi, hüquqi məsələləri kimi mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Onlayn iclasda MDB-yə üzv ölkələrin parlament üzvləri, müvafiq dövlət strukturlarının, akademik dairələrin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi