Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb

Sədrin səfərləri
31 mart 2022 | 19:55   
Paylaşın:        

Martın 31-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər daxildirlər.

Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qaşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU