Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

Sədrin səfərləri
01 aprel 2022 | 19:02   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi"nin imzalanması mərasimi keçirilib.

Hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında təcrübə  mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə inamlarını ifadə ediblər. Qeyd olunub ki, qanunverici orqanlar arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU