Parlament nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub

Sədrin səfərləri
02 aprel 2022 | 12:41   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Spiker Sahibə Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər.

Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU