Azərbaycan parlament nümayəndə heyəti Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

Sədrin səfərləri
02 aprel 2022 | 14:30   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 2-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, nümayəndə heyətinin üzvləri  gül dəstələri düzüblər.
Mərkəzin rəhbəri Samir Abbasov nümayəndə heyətinə məlumat verib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı istifadəyə verilib.

Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən Mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək dostluq  muzeyləri fəaliyyət göstərir.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri, həmçinin respublikamızın tarixin müxtəlif dövrlərinə aid xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə məlumatlar, Azərbaycan və Özbəkistan arasında qədim tarixi və mədəni əlaqələrdən, bu gün inkişaf edən münasibətlərimizdən bəhs edən eksponatlarla tanış olublar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU