Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfər edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Gürcüstana rəsmi səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Naqif Həmzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclis sədrinin Gürcüstanın Prezidenti, ölkənin Baş naziri və parlamentin spikeri ilə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 20-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi