Milli Məclisdə görüş

Tədbirlər
18 aprel 2022 | 18:48   
Paylaşın:        

Aprelin 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından olan nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Səməd Seyidov regionda yaranmış reallıqlardan, dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyindən danışıb, azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə iştirak edən deputatlar Nigar Arpadarai və Erkin Qədirli Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamasının acı nəticələrindən bəhs ediblər. Bu nəticələrin aradan qaldırılması istiqamətində görülən işlər, Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinin inkişafı, gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.

Qonaqlar Baron Bryus Malkolm Qrey, Lord Donald Robin Alers Xenki və Faultless Julian bölgədə dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olmasının vacibliyini vurğulayıblar, Azərbaycanla Birləşmiş Krallıq arasında inkişaf etməkdə olan münasibətlər barədə fikirlərini səsləndiriblər.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU