Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olub

Sədrin səfərləri
20 aprel 2022 | 20:05   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti aprelin 20-də ölkəmizin buradakı səfirliyinə gəlib.

Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə  tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU