Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Tədbirlər
05 may 2022 | 10:28   
Paylaşın:        

Milli Məclisin deputatı Əziz Ələkbərov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Deputatımız burada Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində  iştirak edəcək.

Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.

Əziz Ələkbərli, həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində olacaq və böyük şairin heykəlinin açılış mərasiminə qatılacaq.

Səfər mayın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU