Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək

Sədrin səfərləri
08 may 2022 | 12:58   
Paylaşın:        

Mayın 9-da Milli  Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı, Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlamentin spikeri Sahibə Qafarovanın ölkənin vitse-prezidenti,  İsveçrə Parlamenti Milli Şurasının sədri, Parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU