Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib

Sədrin səfərləri
09 may 2022 | 19:40   
Paylaşın:        

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.

Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU