Deputatlarımız Gənc Parlamentarilərin Forumunda iştirak edəcəklər
Milli Məclisin deputatı, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev Gənc Parlamentarilərin Forumunda iştirak etmək üçün mayın 17-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.
Emin Hacıyev Gənc Parlamentarilərin Forumunun 18-19 may tarixlərində keçiriləcək gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş müzakirə panellərinə qatılacaq.
Forumun hibrid formatda keçiriləcək müzakirə panellərində Milli Məclisin deputatları Nigar Arpadarai və Könül Nurullayevanın onlayn formatda iştirakı və çıxışları gözlənilir.
Səfər çərçivəsində Emin Hacıyevin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Gənclər Palatasının 10 illiyi ilə bağlı keçiriləcək “XXI əsr gəncliyi: irsin qorunması, əməkdaşlığın inkişafı, gələcəyə baxış” mövzusuna həsr edilmiş iclasında iştirakı və çıxışı da nəzərdə tutulub.
Səfər mayın 23-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi