Pakistan İslam Respublikası Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Tədbirlər
16 may 2022 | 15:30   
Paylaşın:        

Mayın 16-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında nümayəndə heyətini Pakistanla  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri -  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU