Deputatımız AŞPA-nın komitə iclaslarında iştirak edib

Tədbirlər
19 may 2022 | 17:55   
Paylaşın:        

Mayın 18-də Fransanın Paris şəhərində  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın sədrliyi ilə AŞPA-nın Uşaqlar üzrə alt komitəsinin iclası keçirilib. Tədbirdə “AŞPA-nın təklif etdiyi uşaqların müdafiəsi siyasəti”, “Uşaqların iştirakı üzrə Baş Məruzəçinin səlahiyyətlərin təsdiqi” və digər məsələlər müzakirə olunub.

Daha sonra AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında “Peyvənd tərəddüdləri: əsas ictimai sağlamlıq problemi”,  “Covid-19 pandemiyasına qarşı mübarizənin yetkinlik yaşına çatmayanların və gənclərin psixi sağlamlığına təsirinin nəzərə alınması”, “Sənədsiz işçilərin sağlamlığı və sosial müdafiəsi”, “Təhlükəsiz tibbi təchizat zəncirlərinin təmin edilməsi” və digər mövzular müzakirə olunub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU