Gənc Parlamentarilər Forumunun plenar iclasında

Tədbirlər
19 may 2022 | 18:24   
Paylaşın:        

Mayın 19-də Rusiyanın Moskva şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Gənclər Palatasının 10 illiyi ilə bağlı Gənc Parlamentarilərin Forumunun plenar iclası keçirilib.

 “XXI əsr gəncliyi: irsin qorunması, əməkdaşlığın inkişafı, gələcəyə yönəlik” mövzusuna həsr edilmiş plenar iclasda Milli Məclisin deputatı, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev, dünyanın bir çox ölkələrinin parlamentariləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclası açan  Federasiya Şurasının sədri Valentina Matviyenko forum iştirakçılarını salamlayıb və tədbirin işində onlara uğurlar diləyib.

Milli Məclisin deputatı, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev tədbirdə çıxış edərək müasir həyatda qərarların qəbul edilməsində gənclərin getdikcə artan təsirindən, gənc parlamentarilərin rolundan danışıb, bu istiqamətdə MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının fəaliyyətinə toxunub.

Milli Məclisin deputatı iclas iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin  əsas prioritetləri, gənclərin dövlət və cəmiyyət həyatında iştirakçılığının artırılması sahəsində əldə olunan nəticələrdən bəhs edib.

Çıxışında MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasını  MDB məkanında gənclərin fəaliyyətinin koordinasiya edilməsində, gənclərin potensialının reallaşdırılmasında və dialoq mühitinin qurulmasında effektiv mexanizm kimi xarakterizə edən Emin Hacıyev qurumun gələcək fəaliyyəti və tədbirləri barədə məlumat verib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU