Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcək və Belçika parlamentində olacaqlar

Tədbirlər
20 may 2022 | 17:56   
Paylaşın:        

Milli Məclisin deputatları – Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-nə kimi Fransanın Paris şəhərində səfərdə olacaqlar.

Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVİD-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

Sonra deputatlar mayın 23-dən 25-nə kimi Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcək. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU