Estoniya parlamentinin sədri ölkəmizə səfərə gəlib

XƏBƏRLƏR
22 may 2022 | 22:07   
Paylaşın:        

 

Mayın 22-də Estoniya Respublikası Riiqikoqusunun sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Estoniya parlament nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya Riiqikoqusunun sədri Yüri Ratasın ölkə rəsmiləri ilə görüşü nəzərdə tutulub.

 

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU