Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
23 may 2022 | 12:48   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 23-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev və Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC) İdarə Heyətinin sədri Anar Cahangirli  müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU