Deputatımız Türkiyədə səfərdədir

Tədbirlər
23 may 2022 | 18:43   
Paylaşın:        

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Deputatımız Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə  Əskişəhər Osmanqazi Universitetində Azərbaycan İqtisad Universitetinin incəsənət dərnəklərinin iştirakı ilə keçiriləcək Azərbaycan mədəniyyət və incəsənət günlərində iştirak edəcək.

Fazil Mustafa burada ölkəmizin mədəniyyətinin Türkiyə vilayətlərində, xüsusilə də gənclərin üstünlük təşkil etdiyi universitetlərdə yaxından tanınması, Azərbaycanla bağlı məlumatlılığın artırılması üçün keçirilək mərasimlərə qatılacaq.

Səfər mayın 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU