Milli Məclis sədrinin birinci müavini Budapeştdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş tədbirdə iştirak edəcək

Tədbirlər
26 may 2022 | 11:52   
Paylaşın:        

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşəcək.

Əli Hüseynli  burada Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən təşkil olunacaq 28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.

Tədbirdə Macarıstan Parlamentinin vitse-spikerinin və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində Əli Hüseynlinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələrinin gücləndirilməsi  məqsədilə  bir sıra görüşləri də gözlənilir.

Səfər mayın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU