Deputatlarımız Kambocada seçkiləri müşahidə edəcəklər
Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.
Millət vəkilləri seçkiləri izləmək üçün Kamboca Krallığının parlamenti tərəfindən dəvət alıblar.
Deputatlarımız bir sıra seçki məntəqələrinə gedərək buradakı şəraitlə tanış olacaq, prosesin gedişatını və seçicilərin fəallığını izləyəcəklər.
Səfər iyunun 8-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi