Polşa Parlamentinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Tədbirlər
02 iyun 2022 | 13:39   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Polşa Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Polşalı deputatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər qoyublar, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq və quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları - Polşa ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Səttar Möhbalıyev, qrupun üzvü Ülviyyə Həmzəyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU