Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə yola düşəcək. Deputatımız AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.
AŞPA-nın komitə iclasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, hakimliyə dair tələblərlə bağlı məsələlər nəzərdən keçiriləcək, komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.
Səfər iyunun 8-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi