Slovakiya Milli Şurasının sədri ölkəmizə rəsmi səfərə gəlib
İyunun 10-da Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Azərbaycanın Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər iyunun 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi