Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.
Şəhidlər xiyabanına gələn Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Burada Boris Kollar media nümayəndələrinə müsahibə verib, ölkəmizə səfəri barədə onların suallarını cavablandırıb.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Slovakiya ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi