İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 dekabr 2012 | 05:12   
Paylaşın:        

Dekabrın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti  iclası  keçirildi. İclası açan komitə  sədri Ziyad  Səmədzadə  gündəlikdəki məsələlərlə  bağlı məlumat verdi.
Əvvəlcə  Vergi Məcəlləsində dəyişikliklər  edilməsi  haqqında  qanun layihəsi  müzakirə olundu.  Bildirildi ki, Məcəllənin 129 maddəsinə dəyişikliklər ediləcək. Komitə sədri qeyd etdi ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaradıb.  İndiyədək bu sahədə edilən dəyişikliklər vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, vergi mədəniyyətinin və inzibatçılığının möhkəmləndirilməsinə yaxşı imkan yaradıb. 
Təklif olunan yeni dəyişikliklər barədə məlumat verən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirdi ki, bu dəyişikliklər də  vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin möhkəmləndirilməsi və bu sahəyə nəzarətinin möhkəmləndirilməsini əhatə edir. Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər kimi dəyərləndirildi.
Sonra  komitə  üzvləri “Dövlət  rüsumu haqqında”  qanuna dəyişikliklər  edilməsi barədə sənədə  baxdılar. Hər iki sənədin Milli Məclisin plenar  iclasının müzakirəsinə çıxarılması  qərara alındı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU