Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Komitə iclasları
24 iyun 2022 | 17:14   
Paylaşın:        

İyunun  24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. Komitə sədri sənəd barədə ətraflı məlumat verib.

Müzakirələr zamanı komitə üzvləri İltizam Yusifov, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Fatma Yıldırım Sazişlə bağlı  fikirlərini bildiriblər.

İclasın sonunda sənəd  Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Onlayn iclasda deputatlardan Anar Məmmədov, Afət Həsənova və Məşhur Məmmədov da iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU