Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı keçiriləcək

Tədbirlər
28 iyun 2022 | 15:44   
Paylaşın:        

İyunun 30-da ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçiriləcək. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərində olacaq, burada aparılan  quruculuq  və abadlıq işləri ilə tanış olacaqlar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU