Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib

Tədbirlər
28 iyun 2022 | 18:35   
Paylaşın:        

İyunun 28-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci  müavini Əli Hüseynli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov  və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında, Azərbaycan-Özbəkistan Qadın sahibkarlarının ikitərəfli biznes forumunda iştirak edəcəkdir.

Rəsmi səfər iyulun 2-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU