ATƏT PA-nın yay sessiyasında

Tədbirlər
29 iyun 2022 | 12:51   
Paylaşın:        

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının yay sessiyası  keçiriləcək. Sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətimizin üzvləri – parlamentin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrinin toplantıları keçiriləcək.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə iştirak edəcək, müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU