Litvalı parlamentarilər Şəhidlər xiyabanını ziyarət ediblər

Tədbirlər
14 iyul 2022 | 14:12   
Paylaşın:        

İyulun 14-də ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Azərbaycanla  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən litvalı parlamentarilərə Şəhidlər xiyabanı və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Litva parlamentinin nümayəndə heyətini Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU