Milli Məclisdə görüş

Tədbirlər
18 iyul 2022 | 14:52   
Paylaşın:        

İyulun 18-də Milli Məclisin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Vüqar Bayramov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Qonaqları salamlayan deputat Tural Gəncəliyev Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. O,  Avropa Parlamentinin polşalı deputatı Tomas Pareba və nümayəndə heyətinin digər üzvü Vitold de Şevillə Azərbaycanın Avropa ölkələri, həmçinin Polşa ilə əlaqələrindən bəhs edib. Qonaqlara 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, işğal vaxtı həmin ərazilərdən məcburi köçkün düşmüş  vətəndaşımızın doğma torpaqlarına dönüşü barədə məlumat verib. O, regionda davamlı sülhüm bərqərar edilməsinin, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgənin iqtisadi inkişafına, xalqların rifahına böyük töhfələr verəcəyini vurğulayıb.

Tomas Pareba postmüharibə dövrünün reallıqları, regionda baş verən hadisələr haqqında obyektiv informasiyanın əldə olunması üçün belə səfərlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, regionda təhlükəsizliyin möhkəmləndirilməsinin, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb, Azərbaycanın Avropa ilə, həmçinin Polşa ilə əlaqələrinin inkişaf etdirilməsinə toxunub.

Görüşdə deputatlar Sevil Mikayılova və Vüqar Bayramov, “Qarabağa dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, kommunikasiyaların açılması və əməkdaşlıqların qurulması, eyni zamanda Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalanması ilə bağlı Azərbaycanın təşəbbüslərindən danışıblar, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər.

Söhbətdə həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU