Avropa Parlamentinin komitə sədri ilə görüşdə

Tədbirlər
19 iyul 2022 | 16:18   
Paylaşın:        

İyulun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrindən bəhs edilib, münasibətlərimizin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Tural Gəncəliyev, Erkin Qədirli, Nigar Arpadarai, Sevil Mikayılova, Avropa Parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU