Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün iştirakçıları Baykar istehsal müəssisəsində olublar

Sədrin səfərləri
22 iyul 2022 | 14:00   
Paylaşın:        

Parlament Sədrlərinin İstanbulda keçirilən İkinci Üçtərəfli Görüşünün iştirakçıları İstanbulda Baykar istehsal müəssisəsinə gəliblər.

Burada Milli Məclisin sədri Sahibə Qafarovaya, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və onların başçılıq etdikləri nümayəndə heyətlərinin üzvlərinə Türkiyənin Milli Texnologiya Mərkəzi, Baykar istehsal müəssisəsində hazırlanan məhsullar və aparılan araşdırmalar barədə məlumat verilib.

Sonra qonaqlar Baykar tərəfindən hazırlanmış məhsullarla tanış olublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU