Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə baş verən nəqliyyat qəzası ilə bağlı başsağlığı verib

XƏBƏRLƏR
21 avqust 2022 | 14:42   
Paylaşın:        

 

Avqustun 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası ilə bağlı Tvitter hesabında başsağlığı ünvanlayıb.

Milli Məclisin sədri qardaş Türkiyə xalqına,  həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Sahibə Qafarova həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləklərini çatdırıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi   

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU